eetilaf

سياسى بيرلشمه لر و ائتيلافلارا عايد حرکت خطيميز

 

 

 

بؤيوک سياسى حرکتلرين باش توتماسى و درين سياسى ايجتيماعى تحووللرين (دگيشيکليکلرين) يارانماسى، سياسى ائتيلافلارين و بلوکلارين قورولماسيندان آسيليدير.

 

آ.ف.د.حرکاتى بؤيوک ايجتيماعى سياسى دگيشيکليلر ياراتماق اوچون، تورک ميلتى‌نين و آذربايجان خلقى‌نين قورتولوشو اوغروندا، ايراندا دموکراسييانين برقرار ائديلمه‌سى يولوندا موباريزه ائتديگينه گؤره، آذربایجانلی وغئیر آذربایجانلی سياسى تشکيلاتلار و جريانلارلا امکداشليق ائتمه و ائتيلافلار قورما سياستينى آچيق ـ   آیدین مئيدانا قويماغى، اؤز بورجو سايير.

 

 

1)- آذربایجانلی سیاسی جریانلارلا ائتلاف وامکداشلیق

 

- تورک ميلتی، ايراندا ياشايان ميلتلر ايچرسينده نیفوس نظريندن ان چوخ‌ سايلى ميلت دير. ایراندا فارس میلتی ایله و یا باشقا مظلوم ميلتلريله موقايسه ائتديکده، اونون ايجتيماعى سياسى حاديثه‌لر و تحووللر اوزرينده قويدوغو تاثير اولدوقجا يوکسک دير. سونکو يوز ايلين تاريخى تجروبه‌لرينه آرخالانساق، ايران تورکلرينين و آذربايجان خلقى‌نين ميلى- دموکراتيک حرکاتى، اينقيلابچيليق عنعنه‌لرى، ايستيبداد، جهالت و مؤوهومات ايله موباريزه‌سى ، آزادليق و دموکراسى اوغروندا ووروشمادا قاباقجيلليغى ايران جوغرافيياسيندا ساکين اولان ميلتلرين خاطیریندن سيلينمه‌ين دير. آنجاق بونلارا باخماياراق، حئييفلر اولسونکى هله‌ليک ميلتيميزين سياسى قووه‌لرى داغينيقدير.

 

بوداغینیق‌لیقا سون قویماق اوچون چالیشماق گرگدیر. بیزجه ، میلتلرين اؤز مقدراتینی تعیین ائتمک حقينى پرنسيب کيمى گؤتورمک (فرقلى يوروملارينى نظرده توتمادان) و فارس شوونيزمينى تمثيل ائدن و دينچی ديکتاتورلوق اعمال ائدن ايسلام جومهوريتى ايله موباريزه آپارماق، بوتون سياسى تشکيلاتلارى و هويتچى آکتيويستلرى ال بيرليگه يؤنلدن اورتاق نوقطه اولا بيلر.

 

 

آ.ف.د.ح ايراندا ائتنيک فدرالیزم قورماق اوچون چالیشیر. بوناگؤره طبيعى اولاراق، اؤزونو، ايرانين گله‌جک سياسى قورولوشونو فدراليزم پروژه سى‌نين حياتا کئچمه‌سينده گؤرن سياسى جريانلارين يانيندا گؤرور. دئمک آذربايجان فدراليست قووه‌لريله امکداشليق ائتمک، بيزيم  ائتيلافلار مساله‌سينه عايد سياستيميزده اوستونلوک داشى‌يير. آنجاق بو اوستونلوک وئرمگين معناسى، ايستقلالچيلارلا ديالوق آپارماماق و ياخود يئرى گلديکده کونکرت موريدلرده امکداشليق و البيرليک ائتمه‌مک دئييلدير.

 

 

آذربایجان فدرال – موکرات حرکاتی‌نين نظرينجه يوخاريداکى مولاحيظه‌لردن علاوه، گونوموزون اولدوقجا حساس و گرگين شرايطينده، بوتون آذربايجانلى تشکيلاتلار و قروپلار، فرقلى دوشونجه صاحيبلرى، سياسى مراميندان آسيلى اولماياراق، اؤز سياسى خطينى و پلاتفورمونو ساخلاياراق، بير نئچه تمل پرنسيبلر اساسيندا (کونکرت بيچيمده) بير يئرده (بير چادير-چاتى آلتيندا) ييغيشماليديرلار.

 

 

2)- مظلوم ميلتلرين سياسی تشکيلاتلاری ايله امکداشليق

ايراندا ياشايان مظلوم ميلتلر، ايران ايسلام جومهوريتينى آرادان آپاريب و  اؤزمقدراتنی اؤز اللرينه آلمالارى اوچون، گوجلو سياسى بير ايتحاد قورماليديرلار. اونسوز بو مانيعه‌نى آرادان قالديرماق اولماز. مظلوم ميلتلرين اؤز آرالاريندا امکداشليق، ال بيرليک و آرخاداشليق ائتمه‌لرى، فارس شوونيزمينه غلبه چالماق اوچون حياتى بير مساله دير.  بو کيمى امکداشليق، يولداشليق اولمادان بو ايش باش توتماز. دوشونولمه‌ميش، اؤلچولمه‌ميش و تداروک گؤرولمه‌ميش هر بيرحرکت و عمل، گونوموزون اولدوقجا حساس شراييطينده موباريزه‌نين گئديشينه چوخ آغير لطمه‌لر ووروب و گؤزله‌نيلمز نتيجه‌لره گتيريب چيخارا بيلر.  حتا ايران ايسلام جومهوريتى‌نين خئيرينه اولابيلر.

ایسلام جمهوریتی ظولمه معروض قالمیش میتلرین بیرگه موباریزه‌سیندن قورخور. ایسلامی حکومت دایانمادان وار گوجویله و بوتون وارلیغی ایله میلت‌لر آراسیندا نيفاق و آيريليق سالماق اوچون تؤوطيه‌لر قورور  و چالیشیر بو واسيطه ایله میلتلرین حقلی موباریزه‌سین دوزگون یولوندان چیخاردیب و اينحرافی  هدفلر اورتایا آتماقلا و یالاندان خيالى دوشمنلر یونتالاماقلا، ظولمه معروض قالمیش میلتلرین ايسلام جومهوريتينه سارى يؤنلميش موباريزه‌سى‌نين جهتینی مونحريف ائتسین. ایراندا یاشایان میلتلرین گوجلرینین (تشکیلاتلارینین)  آراسیندا نيفاق، تجزیه و دوشمنچیلیک اولدوروجو بير زهر کيميدیر کى،  رژیم علئیهينه گئدن موباریزه‌نی  کوتلشديريب حتا  میلتلرین اؤزلرينه بئله چوخ آغير باشا گلر.

آذربايجانين تاريخى تورپاقلاريندا گؤزو اولان، اونو رسميتله تانيمايان و ايلحاقچيليق باخيشی اولان جريانلارلا امکداشيلق سؤزو يئرسيز دير.

 

 

3)سیاسی جریانلارلا امکداشليغيميز

 

سون ایللرین تجروبه‌سی و ايرانين سیاسی تشکيلاتلارينین ميلی مساله‌یه و ميلى ظولمه معروض قالمیش میلتلرین ایستکلرینه نئجه یاناشمالاری، سياسى جريانلارين چوخونلوغونون آشيرى ايرانچيليقلا و فارس شوونيزمى ايله زهرلنمه‌لرينى آچيقجاسينا گؤسترير. ميلتلرين برابر حوقوقلوغونو،  ميلتلرين مقدراتينى اؤزلرى تعيين ائتمه حقينى قبول ائدن و ايرانى چوخ ميلتلى بير اؤلکه اولاراق رسمى تانييان سياسى تشکيلاتلارلا امکداشليق يوللارينى تاپمالى‌ييق.

 

آذربايجان فدرال دموکرات حرکاتی نين مرکزی شوراسی

 

 

Siyasi Birleşmələr və Etilaflara aid Hərəkət Xəttimiz

 

 

 

Böyük siyasi hərəkətlərin baş tutması və dərin siyasi ictimay təhəvüllərin (dəyişikliklərin) yaranması, siyasi etilafların və blokların qurulmasından asılıdır.

 

Azərbaycan Federal Demokrat Hərəkatı böyük ictimai siyasi dəyişiklilər yaratmaq üçün, Türk millətinin və Azərbaycan xalqının qurtuluşu uğrunda, iranda demokrasiyanın bərqərar edilməsi yolunda mübarizə etdiyinə görə, azərbaycanlı və ğeir azərbaycanlı siyasi təşkilatlar və cərəyanlarla əməkdaşlıq etmə və etilaflar qurma siyasətini açıq aydın meydana qoymağı, öz borcu sayir.

 

 

1)- Azərbaycanlı Siyasi Cərəyanlarla Etilaf və Əməkdaşlıq

 

- Türk milləti, iranda yaşayan millətlər içərsində nifus nəzərindən ən çox saylı millət dir. İranda Fars milləti ilə və ya başqa məzlum millətlərilə müqayisə etdikdə, onun ictimai siyasi hadisələr və təhəvüllər üzərində qoyduğu təsir olduqca yüksək dir. Sonku yüz ilin tariyxi təcrübələrinə arxalansaq, İran türklərinin və Azərbaycan xalqının milli- demokratik hərəkatı, inqilabçılıq ənənələri, istibdad, cəhalət və mövhumat ilə mübarizəsi , azadlıq və demokrası uğrunda vuruşmada qabaqcıllığı İran cuğrafiyasında sakin olan millətlərin xatırından silinməyən dir. Ancaq bunlara baxmayaraq, heyiflər olsunki hələlik millətimizin siyasi quvvəlri dağınıqdır.

 

Bu dağınıqlığa son qoymaq üçün çalışmaq gərəkdir. Bizcə , millətlərin öz müqəddəratını tə’yin etmək haqqını pirənsip kimi götürmək (fərqli yorumlarını nəzərdə tutmadan) və Fars şovunizmini təmsil edən və Dinçi diktatorluq emal edən İslam Cumhuriyyəti ilə mübarizə aparmaq, bütün siyasi təşkilatları və höviyyətçi aktivistləri əl birliyə yönəldən ortaq nüqtə ola bilər.

 

 

Azərbaycan Federal Demokrat Hərəkatı iranda etnik federalizm qurmaq üçün çalışır. Bunagörə təbii olaraq, özünü, iranın gələcək siyasi quruluşunu federalizm projəsinin həyata keçməsində görən siyasi cərəyanların yannında görür. Demək Azərbaycan federalist quvvələri ilə əməkdaşlıq etmək, bizim  etilaflar məsələsinə aid siyasətimizdə üstünlük daşıyır. Ancaq bu üstünlük verməyin mənası, istiqlalçılarla dialoq aparmamaq və yaxud yeri gəldikdə konkret moridlərdə əməkdaşlıq və əlbirlik etməmək deyildir.

 

 

Azərbaycan Federal Demokrat Hərəkatının nəzərincə yuxarıdaki mülahizələrdən əlavə, günümüzün olduqca həssas və gərgin şərayitındə, bütün azərbaycanlı təşkilatlar və qruplar, fərqli düşüncə sahibləri, siyasi məramından asılı olmayaraq, öz siyasi xətini və platformunu saxlayaraq, bir neçə təməl pirənsiplər əsasında (konkret biçimdə) bir yerdə (bir çadır-çatı altında) yığışmalıdırlar.

 

 

2)- Məzlum Millətlərin Siyasi Təşkilatlarilə Əməkdaşlıq

İranda yaşayan məzlum millətlər, İran İslam Cumhuriyyətini aradan aparıb və  öz müqəddəratnı öz əllərinə almaları üçün, güclü siyasi bir ittihad qurmalıdırlar. Onsuz bu maniəni aradan qalldırmaq olmaz. Məzlum millətlərin öz aralarında əməkdaşlıq, əl birlik və arxadaşlıq etəmələri, Fars Şovunizminə qələbə çalmaq üçün həyati bir məsələ dir.  Bu kimi əməkdaşlıq, yoldaşlıq olmadan bu iş baş tutmaz. Düşünülməmiş, ölçülməmiş və tədarük görülməmiş hər bir hərəkət və əməl, günümüzün olduqca həssas şəraitində mübarizənin gedişinə çox ağır lətmələr vurub və gözlənilməz nəticələrə gətirib çıxara bilər.  Hətta İran İslam Cumhuriyyətinin xeyrinə olabilər.

İslam Cumhuriyətti zülmə mə’ruz qalmış millətlərin birgə mübarizəsindən qorxur. İslami hökumət dayanmadan var gücü ilə və bütün varlığı ilə millətlər arasında nifaq və ayrilıq salmaq üçün tövtiələr qurur  və çalışır bu vasitə ilə millətlərin həqli mübarizəsin düzgün yolundan çıxardıb və inhrafi  hədəflər ortaya atmaqla və yalandan xəyali düşmənlər yontalamaqla, zülmə mə’ruz qallmış millətlərin İslam Cumhuriyyətinə sarı yönəlmiş mübarizəsinin cəhətini münhərif etsin. İranda yaşayan millətlərin güclərinin (təşkilatlarının)  arasında nifaq, təcziyə və düşmənçilik oldürücü bir zəhər kimidir ki,  rejim əleyhinə gedən mübarizəni  kütləşdirib hətta  millətlərin özlərinə belə çox ağır başa gələr.

Azərbaycanın tarixi torpaqlarında gözü olan, onu resmiyyətlə tanimayan və ilhaqçılıq baxışı olan cərəyanlarla əməkdaşılq sözü yersiz dir.

 

 

3)- Siyasi Cərəyanlarla Əməkdaşlığımız

 

Son illərin təcrübəsi və iranın siyasi təşkilatlarının milli məsələyə və milli zülmə mə’ruz qalmış millətlərin istəklərinə necə yanaşmaları, siyasi cərəyanların çoxunluğunun aşırı irançılıqla və Fars şovunizmi ilə zəhərlənməlrini açıqcasına göstərir. Millətlərin bərabər hüquqluğunu,  millətlərin müqəddəratını özləri tə’yin etmə həqqını qəbul edən və iranı çox millətli bir ölkə olaraq rəsmi tanıyan siyasi təşkilatlarla əməkdaşlıq yollarını tapmalıyıq.

 

Azərbaycan Federal Demokrat Hərəkatının Mərkəzi Şurası