Aserbaidschanischer Kulturverein e.V.

Azərbaycan Kültür OcaĞi

Pallasstraße 13

10781 Berlin

GERMANY

 

Tel.: 0049-30-30104709

Email: azer_ocaq@hotmail.com

 

Bankverbindung:

Postbank

Konto: 496 269-102

BLZ: 100 100 10

 

Eingetragen: 1988

Sitz des Vereines: Berlin

Amtsgericht Charlottenburg

Registernummer: VR 9915 Nz

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xaricdə yaşayan Azərbaycan şəxsiyyətlərinin UNESCO-ya məktubu.

 

 

Dünya Anadilinin qeyd edilməsi istiqamətində İran Azərbazcanlıları UNESCO-nun hədəflərinə inam və etiqadla, dünya sülhünə arxalanaraq , bu günün qeyd edilməsi ümidilə qədəm götürüb, müxtəlif dillərin və mədəniyyətlərin genişlənməsi və çiçəklənməsi, elece də toleransın insanlar arasında yayılması hedəfiylə bir proqram planlaşdırılmışdır.

 

İranın müxtəlif yerlərindən 18 məruzəçi bu münasibətilə Təbriz şəhərinə də’vət edilmişdilər. Təəsüflə ölkənin məsul dairələri tərəfindən buna rəsmi icazə verilməsinə baxmayaraq, proqramın başlanmasından bir az öncə ona qarşısı alınmışdır. onlar bu işlə bir daha öz siyasətlərinin davamı olaraq başqa dillərin məhv olmasına bir daha can atdilar.

 

BMT-nin 1998-də verdiyi statistikaya görə biz 23 milyon Ayəebaycanlılar İran əhalisinin 37 faizini, 22 milyon Farslar isə 35 faizini və bununla yanaşı 70 dil və ləhcə ilə ölkə əhalisini təşkil edirik.

 

Təəsüflə 1925-ci ildən indiyədək bu rəngarəng mədəniyyətdə fars dilindən başqa diğər dillər və ləhcələr panfarsizmin qurbanı olublar. 1979-cu ilin inqilabı da bu siyasətin yolunu dəyişmədi və İran ölkəsi dillər, ləhcələr və mədəniyyətlərin ölüm mərkəzi qaldı. 1953-cü ilin mart ayında nəşr olunmuş rəsmi dövlət dərgisi olan “Fərhəng-e İran”-nın birinci nömrəsinə əsasən İranda 200 dil və ləhcə olmuşdur. Bu 50 ilin ərzində bu dil və ləhcədən 130-u məhv olmuş və ya məhv olmaqdadır.

 

Biz xaricdə yaşayan Azərbaycanlılar Azərbaycan Kültür Ocağı vasitəsilə UNESCO prezidentinə və insan haqlarını qoruyan cəmiyyətlərə çatdıraraq öz etirazımızı bildiririk.

 

Dok. M. Ə Fərzanə (Göteburg – İsveç)

Dok. Siddiqə Ədaləti (Hamburg- Almaniya)

Dok. Rza Bərahəni (Totronto – Kanada)

Dok. Zia Sədrolaşrafi (Toronto- Kanada)