İranda Milli Sorun və Demokratiya

məsələnin sadə və yığcam görünüşü

 

Hidayət Sultanzadə

Sual: İranda, demokratiyaya gedən yol, milli sorunun çözülməsindən keçirmi?

Cavab: Yoxsa bundan başqa bir yol da varmı!?

 

Son iki yüz ilin içində, dövlətlərin öz daxili münasibatında və beynəlxalq alanda qarşılaşdıqları ən həssas məsələ, milli məsələ olmuşdur. Milli sorun dünyanın ən güclü və böyük imperaturluğunu çökdürə bilmişdir. Ancaq, siyasi rejimlərin və hakim dövlətlərin devrilmhəsi, onların bir bütöv kimi parçalanıb bölünməsi anlamında deyildir. İranda da milli zülmün dəvam etməsi kül altında gizlənmiş köz kimi, hər an açılabılən bir bomba kimidir. Buna görə milli sorunun demokratikcəsinə çözülməsi yolunu düşünüb önərmək, iranda demokratiya qurmaq prosesinin ən önəmli və ayrılmaz parçasıdır.

 

Bu düşüncənin müxaliflərinə görə, çox millətli ölkələrdə demokratiyanın qurulması milli məsələni də öz özünə həll edib aradan aparır. Buna görə öncə demokratiya uğrunda savaşmalı, çünki, onu əldə etdikdə milli məsələ də bitmiş olur! Beləliklə çözməyə bir məsələ qalmayıb, demokratiyanın qurulması özlüyündə, cəmiyyəti bürüyən çətinliklərin bir çoxusunu aradan aparacaqdır. Milli məsələ də onunların içində !

 

Bu baxış, Dekart fəlsəfəsinin gerçəkliyə yanaşmasına bənzəyir. O demişdir: « Varam, çünki düşünürəm»! Belənçi bir mənitiqin əsasında, insanın varlığı ideyaların (düşüncələrin) varlığından asılıdır. Ancaq vaqeiyyət bunun tərsinədir. Düşüncəni (ideyani) mücərrəd bir qavram olaraq törədən, konkret insanların varlığıdır. Başqa sözlə desək, yuxarıdakı baxışda, demokratiya qavrami, demokratiyani doğruldan hissələrdən müstəqil və ayrılıqda götürülür. Bilgi sürəci baxımından, düşüncə (ideya) konkret varlıqdan asılı olan kimi, demokratiya ideyası da özünün bir sıra konkret hissələrinin varlığından asılıdır. Məsələn «ağac»ın əsas tərkib hissələri, yani kökü, gövdəsi, qol budağı olmasa, demək daha ağacın özü də yoxdur.

 

Bir neçə suala cavab verməklə məsələ daha da aydınlaşa bilər. «Demokratiya»nə deməkdir? « Demokratiya» öz tərkib hissələrinin dışında, ayrılıqda və onlardan müstəqil olaraq, varmi? Onu təşkil edən bölümlərin birisindən vaz keçmklə « demokratiya», demukratik hökümət ya cəmiyyət, qurmaq olarmi?

 

«Demokratiya» mücərrəd bir ideya və qavramdır. Mücərrəd qavramlar, konkret vaqeiyyətlərə uyğun olduqda xarici objektiv fenomenlər kimi gerçəklənəbilirlər. Burada qısa və yığcam halda demokratiyanın milli sorun ilə ya öz müqəddəratını təyin etmə haqqı ilə bağlantısına toxunaraq, onun yalnız ümumi cizgilərinə işarə etmək istərdim.

 

Demokratiya qavramını bir ideya kimi götürəndə, xalq hakimiyyəti mənasındadır, və doğrulduğu halda, çeşidli ictimai dəstələrin və fərdlərin siyasi və qanun qarşısında bərabərliyini bildirir. Biz «ağac»dan, «at»dan, və « adam»dan danışdıqda, beyniməzdə xarıci vaqeyəti yansıdan ağacın, atın və adamın mücərrəd qavramlarını canlandırıb və göz önünə gətiririk. Bəllidir ki, konkret adamın, boz atın və ya alma ağacinın (bütün əczasilə) real dünyada bizdən asılı olmayaraq maddi varlığı olmasa, «ağac»dan, «at»dan, və «adam»dan, da söz demək olmaz. Demokratiya da, özünün maddi tərkib hissələrinin xaricində vicudu yoxdur. Demək onun tərkib hissələri gerçək həyatda yuxdursa, demokratiyanın özünün də vicudu yoxdur. Bunlari (tərkib hissələrini) həyata keçirmək və vaqeiyyətə çevirmək uğrunda çalışıb savaşmaqla, demokratiyani «mücərrəd ideya» biçimindən çıxarıb və gerçək həyatda doğruldub vaqeiyyətə çevirmək olar. Beləliklə də bir mücərrəd ideyadan alınmış mücərrəd qavram (demokratiya qavram olaraq), toplumu dəyişdirən bir maddi vaqeiyyətə dönüşə bilər. Belə olduqda, demokratiya daha bir maddi ideolojik gücə çevrilmiş olur.

 

İdeyalari mücərrəd durumdan, konkret duruma çevrirmk, konkret vaqeiyyətlərin yetişdirdiyi zərurətləri başa düşmklə və onların həyata keçirilməsi və doğrulmasi uğrunda mübarizə etməklə, olandır. İranda demokratiyanın qurulmasi üçün gərkən konkret vaqeiyyətlər nələrdir? Aydındir ki, demokratiya bir bütöv olduğu üçün ayrıca bölümlərinin bir parasını həyata keçirməklə yetərsiz və çatışmaz olar, və gerçəkliyin törətdiyi sorunları çözə bilməz. Demokratiyani bir bütöv olaraq oluşduran tərkib hissələri hansilardır?

 

Demokratiya sözcüyündəki «demo» xalq mənasındadır və «kratia» da hakimiyyətə işarə edir. Demək burada, birbirilə orqanik ilişgidə olan ıki fərqli qavramdan, xalq ilə siyasi qurum- quruluş qavramından söz gedir. Buna görə demokratiyani, dövlət və siyasi quruluş sahəsində götürndə, siyasi gücün (iqtidarın) xalqın hakimiyyətində olması göz önündə tutulur. Bu baxış, siyasi hakimiyyət və dövlət açısından demokratiyayə yanaşmaqdır. Bunu konkret biçimdə parlament, cümhur başqanlıği və...kimi cəmiyyətin siyasi orqanlarının seçilməsi üçün seçim qurumlarının varlığında görmək olar. Ancaq bu, demokratiyani oluşduran bölümlərin bütövü deyil və yalnız onun bir parçasıdır. Demokratiya qanun və hüquq (jüridik) baxımından, insanların cinsiyyət, milliyyət, dil, din və ırqlarından asılı olmayaraq qanun qarşısında bərabr hüquq olmaları deməkdir. Demokratiya sevərlik iddiasında olanların bütünü rahatcasına bu düşüncə ilə razilaşa bilərlər. Ancaq, bütün insanlar bəlli bir cinsiyyətə, dilə, milliyyətə, dinə və ırqa bağli olduqlarına görə, bəlli bir ictimai qurup içində də yerlşirlər və ona mənsubdurlar və demokratiya teorisinə inanmağın ardınca zəncir kimi sıra ilə gələn nətichələrə də boyun quymalıdırlar. Məsələnin əsas düyünü və çətinəliyi də elə burasındadır. Bəllidir ki, kimsə Robinson Krezo kimi tək başına itgin bir ada da yaşaya bilməz. Cəmiyyet içində birəlikdə yaşamaq, ictimai qurupa bağli olmaği həyatın vaqeyətinə çevirir. Demokratiya sevərlik iddiasında olan bu vaqeiyyətdən boyun qaçırsa, öz iddiasının tərsinə çıxmış olar. Milli, dini və dilə ayid haqların demokratik amacın içində olmasi və onun ayrılmaz bölümləri sayılmasi da, əslində bundan irəli gəlir.

 

Demokratiya kataqorisinə toplum (cəmiyyet) və xalq açısından da baxmalıyıq. Abstrakt «xalq» sözcüyü konkret biçimdə və gerçək həyatda, homojen halında olan çeşidli insan quruplari anlamındadr. Homojenlik fərqli biçimlərdə, milliyyət, sinif, cinsiyyət, din və...əsasında olabılər. Cəmiyyətin kəmiyyeti, fərdlərin sayısıcadır, ancaq, keyfiyyət baxımından, yurtdaşların fərd olaraq bir yerə yığışması deyil və ondan daha yüksəkdir. Buna görə də, cəmiyyet üzvlərinin fərdlər kimi bərabr siyasi yurtdaşlıq haqqının («adam başı bir səs» haqqı kimi tanınan) təmin edilməsilə ölkə də demokratiya qurulmaz. «Xalq», tarix boyu ictimai « blok»lar kimi meydana giribdir və, baş verən «xalq» hərəkatı və «xalq»ın siyasi haqlar uğrunda apardığı savaş, qəbiylə, sinif və cinsiyyət bayraqlari altında olmuşdur. (topluca və blok biçimində ) (bax *)

 

Bunu aydınlaşdırmaq üçün bir neçə tariyxi örnəyə baxmaq yerinə düşər. Fransa inqilabının, demokratik qurumları və «xalq»ın siyasi haqlarını günədmə gətirməsi, yeni dövrün tariyxində böyük dönüş nüqtəsi sayılır. Fransa xalqı öz ictimai və siyasi hərəkətində fərdlər kimi deyil sinfi, milli və cinsi bloklar kimi savaş meydanına girmişdır.

 

Birinci örnək- Fransada, xalq «üçüncü sinif» kimi, burjuaziyanı və San Klolari (ayaq yalın və çılpaqlar) da öz örtüsü altına alaraq, siyasət alanına girdi.

 

İkinci örnək- Fransada, xalq milli blok kimi, «Fransa milləti»nin öz müqəddəratını təyin etmə haqqını istəmək ilə şahlıq rejiminin qarşısında dayandi. Borbonların «din- dövlət» şahlığı devirilib, Fransa «millət- dövlət»inə çevrildi və beləliklə də dövlətin siyasi quruluşunda öz əksini tapdi.

 

Üçüncü örnək- Fransa qadınları, cəmiyyətin cinsi bloku kimi, kişilərlə bərabr siyasi, mədəni, fərdi və ictimai haqlara yiyələnməyi və cinsiyyətə əsaslanan ayri seçiciliyin bütövlükdə ləğv edilməsini istədilər. Dö Görej adli bir qəssabın qızının yazdıği «Qadınların İnsan Haqları Bildirişi»ni, bunun qabarıq örnyi kimi göstrmək olar.

 

Buna görə, xalq ictimai hərəkət sürəcində, «hamı birlikdə» kimi bəlirsiz və ala qaranlıq şüarlar örtüyü altında hərəkətə qatılsa da, öz tərkib hissələrinin blokları biçimində meydana çıxır. İran inqilabında da, Xumeyniçilərin təbliğ etdiyi «hamı birəlikdə» və «söz birliyi» kimi dumanli- xulyalı şüarlar, əslində işçılərın, əməkçilərin və qadınların mədəni- siyasi istəklərinə qarşı və Türkmənsəhra, Əhvaz, Kürdüstan və Azərbaycan kimi milli bölgələrin demokratik hərəkatı əleyhinə potansiyel bir savaş bildirgəsi ıdi. Demək xalqın ən bəlirsiz «söz birliyi» örtüyü altında meydana gəlməsi də belənçi ictimai blokların varlığını gizlədə bilmir.

 

Qısaca desək, insanların ortaq dil və etnik əsasında bir cuğrafi vahidə toplaşıb yaşamaları konkret bir gerçəklikdir. Demək hər hansı bir insan cəmiyyəti, iki cinsdən və fərqli siniflərdən oluşmuş bloklardan və qruplardan təşkil tapır. Ancaq çox millətli ölkələrdə, fərqli milliyyət, qövmit, dil, din və bir sıra yerlərdə fərqli ırqlar cəmiyyəti təşkil edir. Bu da demokratiya uğrunda gedən savaşda öz əksini tapır.

 

İctimai bloklardan bir sırasi, «milliyyət» kimi, tarix boyunda, uzun zaman sürəsində yaranmışdır. Bunun tərsinə olaraq siniflər, tarix baxımından dəyişgənraq və daha dəvamsızdırlar. Məsələn kəndlilərin qısa bir zaman içində başqa ictimai siniflərə bölünmklə karakterlərini (səciələrini) itirmələri olasıdır. Bir ictimai sinif iyirmi ilin içində yarana da bilər, başqa siniflərə dönüşə də bilər. İctimai siniflərdə olan dəyişgənlik və axışqanlıq «milliyyətə» görə daha çoxdur. Bugünkü sinif daha dünənki sinif deyildir. Kəndlilər, sonku tariyxi dönəmdə bir çox cəmiyyetlərdə çeşidli ictimai siniflərə bölünmüşlər. Kəndlilərin bölünmsi nəticəsində törənən ən böyük ictimai grup ışçılər (fəhlələr) olmuşlar. Bir sıra da ortabab və burjuaziya sinifinə dönüşmüşlər. Hər hansi bir ictimai sinifin özü də dayanmadan inkişaf və dəyişilməkdədir. Teknolojik gəlişmələr daima siniflərin ictimai tərkibinə əsər qoymaqdadır. Bir neçə vaxt bundan qabaq, bati ölkələrinin demoqrafik tərkibində işçi sinifinin çəkisi çox ağır olub və birinci yeri tuturdu. Ancaq son otuz ilin içində, onun çəkisi cəmiyyətin demoqrafık tərkibində yüngülləşib, indi yüzdə otuz ilə yüzdə iyirmi arasına dək aşağı düşübdür. Bunun qarşısında, servis bölümündə ışləyənlərin (xədəmat) çəkisi ağırlaşıbdır. Millətə və qövmə gəldikdə məsələ başqa durumdadır. Milliyyət və qövmiyyət, tarix boyu daxili dəyişmələr başdan keçirib, ayri- ayri cinəslərə və siniflərə bölünüb və daxili ziddiyyətlərin çatışma alani olub, ancaq, uzun zaman sürəsində və tarix sürəcində gəlişdirdiyi özəyini və cövhərini yaşadıbdır.

 

İran cəmiyyətinə ötəri baxışda, konkret olaraq üç ictimai bloku ayrıd etmək olandi.

 

1- Sinfi blok cəmiyyətin siniflərinə aid bloklara deyilir. Onun iki böyük başlıca hissəsi əkinçilər və işçilər, cəmiyyətin çoxunluğunu təşkil edir. Ancaq sinif bloklarının özü də bir bütöv kimi, iki tərkib hissəsinin birlşməsindən, demək cinsi blokun və milli blokun birliyindən törəmişdir. Başqa sözlə desək, sinfi bloku oluşduran üzvlərin, istər istəməz bəlli bir cinsiyyətləri və milliyyətləri vardır. Bu blokun, yani ictimai siniflərin formalaşmasi, özəlliklə sənəti kapitalizm dönmində, tariyxi baxımdan qısa bir zaman içində olan bir işdir.

 

2- Milli blok çeşidli milli bloklar, fərqli cinslərdən və ziddiyyətli siniflərdən oluşmalarına baxmayaraq, tariyxi baxımdan (sinfi bloklara görə) daha davamlı və sürəkli olurlar, və arası kəsilmədən bu xüsusiyyətlərini yenidən törədirlər.

 

3- Cinsi blok. Cinsi blok da sinfi və milli bloklar kimi, ziddiyyətli elementlərdən, demək milli və sinfi bölümlərdən təşkil tapmışdır.

 

İnsanlar biolojik fərqlər üzündən cinslərə bölünürlər. Cinsi ayriseçiciliyin tariyxi, bəşəriyyətin bizə bəlli olan tariyxi qədər əskıdır. Buna görə də milli sorun ilə qadınların məsələsi uzun sürən tariyxi fenomenlərdən sayılırlar. Cəmiyyətin iş qüvvəsinin özünü yenidən törətmə sürəci, qadınlardan asılı olduğuna görə, qadınlar iqtisadi quruluşün özünü yenidən törətmə sürəcində həll edici rol oynayırlar. Bununla birəlikdə, hakim iqtisadi quruluşun ayrılmaz bölümü olmaqla, sinfi və milli münasıbətləri də yenidən törətməkdədirlər, Beləliklə də hakim milli, sinfi və iqtisadi quruluş üzündən, cinsi ayrıseçiciliyin çeşidli qatları da yenidən törənilir. Cinsi ayrıseçiciliyi partiyaların və dərnklərin bildiriş vermələri ilə aradan aparmaq olmaz. Bu iş yalnız qadınların kişilərin qarşısında müstəqil olmalari ilə olandır. Buna görə, cinsi ayrıseçicilik məsələsini sinfi və milli məsələdən ayrıd etməklə və qadınların müstəqil hərəkatını rəsmiyyətə tanımaqla birlikdə, cəmiyyətin milli və sinfi məsələlərindən ayrılmazlığını tanımaqla və mənimsəmklə mümkündür.

 

Bütün cəmiyyətlərdə, cinsi ayrıseçicilik çeşidli səviyyələrdə yaşamaqdadır. Ancaq, iranda ideolojik hakimiyyətin ideolojisinin bir parçası olaraq qadınların üzrində siyasi, ictimai zülm dolayısız olaraq eemal olunur. İslam cümhuriyyəti özünün qara və qanli- qadali ömrü boyunda qadınları başqa ictimai qişr və qatlardan daha artıq, açıq- aydın şiddət və cinsi zülm qarşısında qoyubduür. Buna görə də qadınların hərəkatı, potansiyelcəsinə hakim siyasi sistemin ziddinədir, və onların bərabr hüquqluq istəyi demokratiya uğrunda gedən savaşın başlıca tərkib hissələrindən biridir. Milli bölgələrin demokratik hərəkatı qadınların demokratik hərəkatına saymazcasına yanaşa bilməz. Qadınların bərabr hüquqluq istəklərində yatan güc ilə millətlərin bərabr hüquqluq istəklərindəki potansiyeli birləşdirməklə milli hərəkatın gücü qat- qat artacaqdır. İşçilərin və əməkçilərin hərəkatı ilə başqa siniflərin və qişrlərin demokratik hərəkatı arasında da belə bir münasiıbət vardır.

 

Kapitalizm dönəmində sinfi blok, üç böyük ictimai blokun ən dəyişgəni və ən axışqanı olmaqla, tariyxi cəhətdən daha sürəkli və sabitraq olan milli və cinsi bloklardan fərqlənir. Burada blokların oluşmasına yalnız zaman baxımından yanaşılıb və onların gerçəkdə daşıdıği əhmiyyətdən söz getməiyr. Onların hər birisi müəyyən zaman və şərait içində (çərçivəsində) xüsusi qabarıqla meydana çıxabılər. Demokratik hərəkətlərin qaçınılmaz vəzifəsi, demokratiya uğrunda mübarizə etməklə yanaşi, yuxarıda sadaladığımız blokların siyasi və ictimai məqsədləri yönündə döyüşə bilməsi dir. Bunsuz «demokratiya uğrunda mubarızə» şüarı vermək, içi boş bir söz olacaqdır.

 

İctimai siniflərin « axışqanlığı» ideyasi «Antinio Gramşi»nin adi ilə bağlıdır. Gramşi bunu geologıyada (yer bilimi) yerqabığının tektonik lövhələrinin (bax **) yerdəyişməsinə bənzətmişdir. Tektonik lövhələrin axışqanlığı və yerdəyişmələri göyərtilərin və canli həyatın çeşidli biçimlərinin törəməsi üçün əlverişli şərait yaradırsa da, onların törəməsi prosesinə dolayısı ilə əsər qoyur və müstəqim olaraq qatılmır. Buna görə, Gramşinin ictimai siniflər teorisinə görə, hərhansı bir zaman kəsimində, hərhansı bir tariyxi hadısənı təklikdə götürüb yalnızcasına ictimai siniflərin təyin edici rolu ilə izah etmək olmaz. Siniflərin rolu ictimai hərəkətlərin ümumi meylinə yön verməkdir. Siniflərə durğun fenomonlər kimi deyil, axışqan tariyxi hadisələr kimi baxmali. Siniflər uzun zaman sürəsində götürülməlidir. Qısa zaman kəsimində onun rolunu ayrıd etmək çox çətindir. Gramşinin fikrincə sinif gözəgörünməz ola bilər, ancaq geologiyanın axışqan lövhələri kimi daima öz işində vardır və ictimai hərəkət sürəcinin gəlişməsinin yatağı rolunu oynayır. Siniflərin hərəkətə gəlməsi, yerin dərinliklərində yatan axışqan lövhələrin dəbrilməsi kimi böyük ictimai deprmlər və devrimlərin çağənın çatmasını göstrə bilər. Başqa sözlə, qadın və kişi, gənc ilə qocanın hərəkata qatılmasını görəndə, siniflərin izıni görürük.

 

Gramşinin fikrincə cəmiyyet çeşidli hissələrə bölünsə də onun siniflərə bölünməsi xüsusi əhmiyyət daşıyır. Ancaq buna baxmayaraq, cəmiyyətin üzləşdiyi bütün məsələləri həmişə siniflərin əli ilə və onların mübarizəsi yolu ilə çözmək olmaz. Grramşi, siniflərin cəmiyyetdə roluna bu açıdan yanaşmaqla, siyasi sol axımlarının bir çüxünün içərisində yayqın olan baxışdan, yani ictimai məsələləri ekonoumisti səviyyəyə endirmə meyillərindən, fərqlənir. Buna görə də qabaqcıl ictimai qüvvələrin birləşməsini (etilaf, koalisiya) önə sürür. Gramşiyiə görə, işçi (fəhlə) sinfi siyasi və əxlaqi baxımdan cəmiyyətin hegemon gücünə çevrilmək üçün özünün sinfi mənafeinin bağli çərçivsindən dışarıya çıxmalı, cəmiyyətin tariyxi baxımdan qabaqcıl qatlarının ictimai istəklərini özündə əks etdirməlidir. Birləşməyə qatılan güclər, hüquq bərabərliyini prənsip olaraq götürməlidirlər. Qısaca desək, ictimai sorunları yalnız «sinif» çərçivəsində yerləşdirmk olmaz. Onların hər birisinin özünə görə xüsusi istqlali vardır.

 

Zaman sürəsini geniş götürndə, siniflərin, tariyxi gəlişmə prosesinin motoru kimi işləməsini sezmək olandi. Ancaq hər bir əhmiyyətli ictimai hadısənin gedişində siniflərin izini gəzmək düzgün deyil və ekonomist endirgəçiliyinə gətirib çıxara bilər. Çünki ictimai hadisələrdə siyasi hərəkətin başqa biçimləri də qabarıq qazanmaqla (gündəmə gəlməklə) çox önəmli və görkəmli rol oynaya bilərlər. Bu ideyanın ilkin kökünü Marksın yanında da görmək olandi. Marks birinci internasionalın qurulmasına çalışarkən, işçilərin bilavasitə gündəlik mənafeindən öncə. Polyakların milli hərəkəti və istiqlalından müdafiə etməyi onun başlıca vəziyfəsi kimi görürdü, və bunu Avrupa demokratizminin yoxlayıcısıi və ölçütü sayırdi. Marks və Engelsin fikrincə, o günkü Polşa, demokratiya uğrunda gedən mübarizə də milli hərəkətin oynadığı qabarıq rol, oranın işçi siniflərinin hərəkatından daha önəmli ıdi. O günkü sol meyilli işçi axımlarının bir sırası bu məsələiə göz örtürdülər, buna görə də Engels onlari bərkdən qınayırdı.

 

Öz müqəddəratını təyin etmə haqqı, bir yandan milli blokun (blokların) demokratiya ilə ilişgisıni və başqa yandan ölkə hakimiyyətiənin siyasi quruluşunda bu ilişginin necə öz əksini tapdığını təyin edir. Buna görə də öz müqəddəratını təyin etmə haqqı ilə demokratiya bir birindən ayrılmazdır. Demokratiya ideası bir abstrakt qavram olaraq çeşidli əczanın ya tərkib hissələrinin birlşmhsidir. Öz müqəddəratını təyin etmə haqqı vaqeiyyətə çevrilməklə demokratiyanın tərkib hissələrindən birisi gerçək məzmun daşıya biləckdır.

 

Çox millətli iranda Rizaşah dönəmindən bəri milliyyətlərin siyasi və kültürəl haqlarını əzıb ayaq altına salmaq iranda hökm sürən dövlətlərin başlıca funksiyalarından birinə çevrilibdir. Büna görə iranda demokratiya uğrunda gedən mübarizənin ön cərgəsində, milliyyətlərin siyasi, kültürəl və iqtisadi haqlarının müdafiə etməsi vəzifəsi durur. İranda milli məsələni həl etmədən, insan haqlarına, yurtdaşlıq haqlarına və demokratiyaya çatmaq olmaz. Nəticədə iran camiəsinin çoxunluğuna qarşı siyasi hakimiyyətin əmal etdiyi antidemokratik hərəkətlər və ardi kəsilməyən şiddətlər və gərginlik dəvam edəcəkdir. Özünə azadlıq sevən vicdanlı insan adı qoyan kimsə, belə böyük zülmün dəvam etməsi qarşısında bitəfavüt qalmağa heç cür bahana gətirə bilməz, onun üstünü örtüb, başqa paltar geydirmklə ört basdır etmək olmaz. Bu kimilər ancaq özələrini üzdən ıraq demokrat adam və demokratiya yandaşi adlandırmaqdan utanmalıdırlar. Hər hansi bir milliyyət, milli məsələsini mövcüd sərhədlərin çərçivəsində çözməyə bir yol tapa bilməsə, gec tez öz payını ona zülm edənlərdən ayırmalı olacaği aydındır. Sözsüz, öz haqlarını müdafiə etməyə ayağa qalxan, onun uğrunda mübarizə aparan milləti qınamaq yersiz olacaqdır.

 

«Öz müqəddəratını təyin etmə haqqı» tariyxi baxımdan millətin dövlət üzrində demokratik kontrol eemal etməsi ilə yaşıddır. Yeni dövrün (kapitalizm dönmi) dövlətlərini tərif etməyə işlədilən «millət- dövlət» qavrami «öz müqəddəratını təyin etmə haqqı» ideyasından törəmişdir. Bununla da bir insan daha şahın köləsi (rəiyyət) kimi deyil, millətin azad yurtdaşı kimi tərif edilir. Demək, yurtdaşlıq haqqı «öz müqəddəratını təyin etmə haqqı»nın və « millətin dövlət üzrində demokratik kontrol eemal etməsi haqqı»nın məhsulu və törəməsidir.

 

Bir millətli ölkələrdə, dini fərqlər olmasa, insanların milli haqları (bir toplum kimi) və fərdi haqları, əməldə üst üstə düşüb örtüşür. Başqa sözlə desək, bir fərd belə bir ölkədə yalnız bir dildaş və vahid etnikli milli birliyə (vahidə) bağlıdır. Burada milli müqəddəratı təyin etmə haqqı ilə, fərd olaraq azad yurtdaşlıq haqqı arasında gözə çarpan ayrılıq yoxdur. Ancaq milli fərqlər və dil ayrılığı danılmaz ictimai vaqeiyyət olan bir ölkədə, «öz müqəddəratını təyin etmə haqqı»nin, azad yurtdaşlıq haqqının və demokratiyanın temin edilməsi dolaşıq yollardan keçməli olur.

 

Bəlli bir coğrafiya çərçivəsində götürülən dövlətin örtüyü altında yaşayan milliyyətlər, fərdlər kimi deyil, milli bloklar olaraq hakimiyyətin siyasi quruluşunda iştirak etdikdə, öz müqəddəratını təyin etmə haqqı, siyasi hakimiyyətdə öz əksini tapmış olur. Bunun üçün götürülən ölkənin bir milliyyətli hakim siyası quruluşü sındırılıb, yerində çox (neçə) milliyyətli siyasi quruluş qurulmalıdır. Məsələnin başqa çözüm yolu milliyyətlərin öz müstəqil dövlətlərini qurmalari dir.

 

Birinci halda dövlətin siyasi quruluşu federativ sistemi biçimində olmalıdır. Federativ sistemini seçmklə siyasi iqtidar milli- yerli (məhəli) səviyyələrdə bölünməlidir (paylaşılmalıdır). Bununla birlikdə iqtidarın federativ səviyyədə də paylaşılması gərkir. Demokratiyanın və «müqəddratın təyin etmə haqqı»nın vaqeiyyətə çevrilməsi ana yasanın şəkilində və məzmununda, qanün vericilik sisteminin quruluşu biçimlərində, məhəkmə və hüquq (jüridik) sisteminin yerli və federativ səviyyələrdəki quruluşunda əsər qoymaqla onları demokratızm doğrultusunda dəyişdirməlidir. Çox milliyyətli bir ölkədə, milli mtqəddratın təyin etməsi üçün insana yarayan, ən az gərginlik törədən və ən ucuz başa gələn çözüm yolu budur. Çünki milli grupların müstəqil dövlət sahibi olduqda, əldə edəckləri haqları, bu çərçivədə də qazanmaq olandır. Onların siyasi və iqtisadi əlbirliyinin gücü ölkə içində geniş əməkdaşlığa və iqtisadi alış- verişə yol açıb, bölgədə və uluslar arası alanda onların gücünü və çəkisini ağırladacaqdir. İkinci yolu, əməldə darbaxışlı siyasi hakmiyyətlər, hakim milliyyətin ziyalıları və siyasət adamları özlərinin qısa müddətli çıxarlarını üstün tutmaqla, zülm altında yaşayan milliyyətlərə təhmil edirlər, ayrılamağa, mərkəzdən uzaqlaşmağa və İraqda gördüyümüz kimi yabançılara sığınmağa yol açırlar. Şeyx Məhəmməd Xiyabaninin dediyi kimi: «Haqqımızı verməyəndə, başımız üstündə duran İran şahı olsun yoxsa Osmanlı imperaturu, bizə nə fərq edəcəkdir? »

 

Yuxarıda qeyd etdiyim kimi, yeni dövərdə, demokratiya məsələsi millət - dövlətin oluşması ilə meydana gəlibdir. Fransa inqilabı, millət - dövlət dönəmi ilə orta əsirlərdə hökm sürən din - dövlət dönmini bir - birindən ayıran sərhəddə dayanır. Dövlətin siyasi qurum olaraq «din»in sültəsi altından çıxması, modern dövlətin ən qabarıq səciyyəsi kimi sayılır. Din üstə gedən savaşlar zamanı və Reformasiya dönəmində, protestantların ilkin cizgilər biçimndə irəli sürdükləri fikirlər, Aydınlanma dönəmində ideolojik devrimə çevrildi. Fransa inqilabının əsərində avropada, dövlətin siyasi sistmi əməldə sekularist biçiminə girdi. Bunun ardınca ayri - ayri zəmanlarda dünyanın başqa ölkələri də sekularizmi seçdilər. Buna görə dünya, 18 - ci yüz ilin sonlarında baş vern Fransa inqilabına və Aydınlanma dönminə minətdarlıq hiss edir. Yirmi birin ci yüz illiyin başlarında hələ dini istıbdad altında yaşayan bizlərə də, onun böyük tariyxi əhəmmiyyəti aydındir.

 

Modern dövlətlərin səciyyələrindən biri, dövlət quruluşunun dünyəvi (ürfi) olmasi ya sekularızm dir. «Din»i, dövlətin siyasi quruluşunun tərkib hissəsinə çevirməyə can atan hər hansı bir dövlət, əslində orta əsərlər dönəminə sarı geri dönməyə çalışır. Buna tariyxi geriçiəlikdən başqa bir ad vermək olmaz. Bütün totalitar dövlətlər də belə olmuşlar. Onlar rəsmi olaraq sekularizmi təmsil edirdilər, ancaq dövlətin siyasi qurumunu ideolojikləşdirmklə, dövlət, «din - dövlət»in bir özəl formasına çevirilmişdir. Bu dövlətlər praktikdə «din - dövlət»in bir sıra xüsusiyyətlərini özələrində əks etdirirdilər. (bax ***)

 

«Din»i, dövlətin əsas təmllərindən birinə çevirmək, İslam cümhuriyyətinin qabarıq xüsusiyyətlərindəndir. Yeni dövərdəki tariyxin vaxtsız işlərindən sayılan İslam cümhuriyyətini, bütün totalitar rejimlərin ən pis forması kimi dəyərləndirmək olar. Totalitar dövlətlər, çeşidli formalarda olsalar da, xalqın dünyəvi (ürfi) yaşayışına qatılmırdılar və hakim ideoloji dinə bənzər bir rol oynayırdi. Mədəni cəmiyyətin üzərindəki basqılar və mədəni haqların tapdalanılması İslam cümhuriyyətində keçənlərdən çox fərqli idi. İslam cümhuriyyəti totalitar rejimlərin üzünü ağardıbdır. «Din», İslam cümhuriyyətində xalqı tapdalamaq üçün bir çomağa çevrilib və xalqın gününü göy əskiyə çulqayıbdır. Cəmiyyet üçün olduqca ağır başa gələn, uzun sürən əsərləri olan işlərin içində, özəlliklə qadınlara olunan zülm və haqqsızlıği xüsusi olaraq qeyd etmək gərkdir. İslam cümhuriyyətini səciyyələndirən xüsusiyytləri, son otuz ilin içindəki həyatı boyu, yurtdaşlarına qarşı eemal etdiyi tayi görünməmiş zülmü və şiddəti, italiyanın Mosulini dönəmində də tapmaq çətin işdir.

 

Bugünkü dünyada, demokratiya yandaşı olan kimsə, heç bir bahana ilə ideolojik dinçi bir dövlət ilə razilaşıb və əlbırlık edə bilməz. Belə bir davranış demokratiyadan, sekularizəmdən uzaqlaşmaq və xalqın sürəkli tapdalanmasını əməldə təyid etmək mənasındadir. Bu kimi adamlar iddia etdikləri mücərrəd demokratiya uğrunda çalışmayırlar, basqınçı teokratik, antidemokratik, azadlıq və demokratiya qənimi olan bir rejimin əməldə qorunuvb saxlanmasına yardım edirlər.

 

Demokratiya öz tərkib hissələrindən eşikdə mövcüd deyildir və yalnız onların həyata keçməsi ilə doğrula bilər. Demokratiya uğrunda mübarizə aparmaq, milliyətlərin, qadınların və cəmiyyətin çoxunluğunu təşkil edən zəhmət adamlarının haqlarına çatmaları yolunda konkret əməl tələb edir. Bünsüz demokratiya içi boş bir sözdür. Demokratiyanı siyasi quruluş səviyəsində götürsək, dinçi dövlətin sekular dövlətə çevrilməsi və tək milliyətli hakimiyyət quruluşunun yerli - dibli olaraq, çox (neçə) milliyətli quruluşa dönüşməsi deməkdir. Milli məsələnin çözüm yolunu milli haqların danılmasında görən İran hakimiyyəti və eləcəədə siyasi ziyalılar, doğu avropa ölkələrinin, Şuralar birəliyinin və bunlardan öncə çökmüş bütün imperaturluqların müqəddəratından ibrət almalıdırlar. İslam cümhuriyyətinin get - gedə demokratlaşması xulyasına və nəticədə iranda demokratiya qurulmasına umanlar yuxudan ayılmalıdırlar.

 

Öz müqəddəratın təyin etmək, millətin haqqıdır. Fərdi yurtdaşlıq haqları, xalqın dövlət aparati üzərində demokratik kontrol eemal etməsi və dövlətin siyasi qurum olaraq sekularlaşdırılması zərurəti də bu haqdan irəli gəlir. «Torpaq bütövlüyü» (təmamiyyəte ərzi) qavramı, Otuz illik savaşdan sonra Vestfali müqaviləsində meydana çıxdi. O da yalnız, imperaturluqların öz aralarındakı şahlıq sulalələrinin, bəlli sərhədlər içərisində yerləşən torpaqlar üzrində, haqlarını rəsmiyyətə tanımağa dayir bir anlaşma idi və özlüyündə qeyrdemokratik olduğu üçün, çeşidli bölgələrin torpaqlarını orada yaşayan insanların istəyindən asılı olmayaraq başqa dövlətlərə satmaq ya özünə çıxmaq ilə nəticələnirdi. «Öz müqəddəratını təyin etmə haqqı», millətin dövlət üzrində demokratik kontrol etmək haqqını və bu vasitəiylə bəlli sərhədlər içərisində yerləşən ölkə üzərində demokratik kontrol haqqını rəsmiyyətə tanıyır. İndi də «torpaq bütövlüyünü», «öz müqəddəratını təyin etmə haqqı» prinsipi əsasında tərifləməsək, yanlış və qeyrdemokratik olacaqdır. Xalqın demokratik haqlarını və «Öz müqəddəratını təyin etmə haqqı»nı buraxıb, torpaqdan və ərazidən yapışmaqla yola düşmək, genosayda, yerli «Miloşeviç»ləri və «Karacik»ləri bəsləməyə gətirib çıxarar!

 

Son yüz ildə Azərbaycan, ən böyük demokratik inkişafların və qabaqcıl düşüncələrin beşiyi olubdur və özünün ictimai - siyasi mübarızəsini təkcə azərbaycana həsr etməiybdir. Bunu Məşrutə inqilabında, Xiyabani hərəkatında və Pişəvərinin başçılığı altında Azərbaycan demokrat Firqhsinin hərəkatında aydıncasına görmək olar. Ancaq, Azərbaycanın Milli Demokratik Hərəkatı yüksək dərəcədə öncəki demokratik hərəkətlərdən fərqlənirdi və tariyxi baxımdan cəmiyyetdə dərin iz buraxmışdır. Bu hərəkat milli məsələni iki böyük ictimai məsələ ilə, siniflərin və qadınların məsələsi ilə, birləşdirmişdi. İlk dəfə olaraq milli hərəkat məhz milli hərəkət olmaq çərçivəsindən çıxıb və milli sorunun, qadınlar haqqındakı ayrı seçicilyin ləğv edilməsilə və siniflərin məsələsilə, ortaq amac daşımasını vurğuladi. Bir il hökumət etdiyi sürədə də bu yolda çalışmaqla haqlı olaraq Azərbaycan xalqının əxlaqi və siyasi hegemonluğünu qazana bildi. Bununla yanaşı, başqa milliyyətlərlə o cümlədən Kürd millətiənin hərəkatı ilə və iranda gedən siyasi - demokratik hərəkat ilə əməkdaşlıq etməklə, Azərbaycan çərçivəsində çıxdı.

 

İndi də, Azərbaycan milli - demokratik hərəkatı demokratiya uğrundakı mübarizənin çeşidli və dolaşıq səviyələrinin qarşılıqlı bağlantısını göz onündə tutmalıdır. İranda, cəmiyyətin milli və sinfi tərkibi, cinsi ayriseçiciliyə ayid məsələlərin biçimi dəyişmiş ovlsa da, onun məzmunu və mahiyyəti dəyişməmişdir.

 

Demokratiyanın üç tərkib hissəsinin, yani qadınların, əmək adamlarının və millətlərin demokratik hərəkatının istəkləri konkretləşibdir. Onların öz kimlikləri bayrağı altında meydana gəlmələri, bu hərəkətlərin şüurluluğundan hekayət edir və onların güclü cəhəti sayılır. Demokratiyanın təmlini təşkil edən bu üç böyük blok, öz müstəqil və özəl istəklərini saxlamaqla, demokratiya uğrunda bir - birinə düyünlənməlidir. İranda demokratiyanın qabağını kəsən başlıca amil, azadlığın qənimi, dinçi ideolojik və xalq kütləsinin mənafei qarşısında dayanan İslam cümhüriyyətidir. Böhranlar içində çabalayan və gərginlik törədən İran rejimi qarşısında birgə hərəkət etməmək, hərəkatı sarsıldan amildir. Üç blokun işbirlik aparmasi və əlbirlik etməsi demokratik hərəkatın güclənməsinə və düşmənin zəyiflənməsinə yol aça bilər.

 

Son illərdə, qeyr Fars bölgələrin kütləvi milli hərəkatı, İslam cümhuriyyətiənin varlığını sarsıldan qüvvə kimi gözə çarpmaqdadır. Əli qanlı, çapqınçı bir hökumət öz çıxarlarını və sektaristi mənafeini qorumağa görə hərəkatı yanıtmaq və yatırtmaq üçün əlindən gələni əsirgəməyəcəkdir və indiə dək də heç bir işdən çəkinməyibdir. Millətlər arasında düşmənçilik salmaq və aranı qarışdırmaqla bulanlıq sudan balıq tutmaq, rejimin adamlarının əski siyasi xətti və şivəsidir. Aydındir ki, məzlum millətlərin qabaqcıl qüvvələrinin ayıq olmaları və əlbirlik etmələrilə, bütün güclərini ortaq düşmənə sari yönltməklə, buna qarşı çıxmaq olandı.

 

İranda hökm sürən, orta əsirlərə ayid dinçi rejimin çərçivəsində qurtuluş və azadlıq umanlar, məzlum millətləri bir - birinin canına salmağa can atanlar, İslam cümhuriyyətinin qanlı qadalı rejiminin saxlanılması yönündə addım atırlar. Bu kimilərini, milli, demokrat və sekular adlandırmaq yersizdir. Onlar İslam cümhuriyyətiənin uzantısından başqa bir zad deyillər.

 

Türkcəyə çevirəni  Açıqsöz

 

*- blok - ictimai hərəkətlərə və hadishələrə birəlikdə reaksıa göstərən birgə insan gruplari ( millət, milliyyət, qövm, qadınlar ərkəklər və siniflər kimi )

 

 ** - Geoloji və ya Yerbilimi, yer kürəsinin qatı madəsinin içriginin, quruluşunun, fiziksəl özəlliklərinin, tarixinin və onu şəkilləndirən sürəclərin incələməsi elmidir.

 

Yer kürəsinin qabığı (daş qabıq - litosfer) ortalama 33 kiloümetr dir. Kürənin ortasında yerləşən çəgirdəyi isti və qaynaqdır. Daş qabığın altında və çəgirdəyin üstündə, manto adlanan sıcaq və plastık bir qat yerləşmişdir. Yerin daş qabıği (daş kürə) 7 - 8 böyük və bir neçə kiçik parçaya (lövhələrə - tektonik platalar) bölünmüşdür.

 

Lövhələrin manto uzərindəki durumunu, bir ağacın su üzündə dəngə (təadul) halında üzməsinə bənzətmək olar. Birbirinə yaxın lövhələr bir sürə sonra birbirlərilə çarpışır. ıki lövhənin çarpışması ilə yer üzünün şəkili, lövhələrin növundan asılı olaraq dəyişir. Yari axışqan, üzər durumda bulunan bu lövhələrin birbirlərilə sürkəli təmas halında olduqlarından, hərəkətlərinin yön və şiddəti qarrələrin və okeanların yaranmasına, dəyişilməsinə, dağların və dənizlərin oluşmasına, zəlzələlərə və yanar dağların çalışmasına bais olur. Lövhələrin hərəkətlərində yer qabığinın bütün özəllikləri rol oınayır. ( wiki pedia )

 

 ***- Burada qeyd edilməlidir ki, qabaqlar komunist adlanılan ölkələrin və faşist hökumətlərinin məzmun baxımından kamilən fərqli ideolojiələrə malik olmalarına baxmayaraq ortaq xüsusiyyətləri belə idi. Bunun tərsinə olaraq Marks və Engels,vaxtilə öz yazılarında dövlət kataqorisinə ideolojik yanaşmaqla mübarizə etmişlər. Marks Yəhudilər sorununda və Alman sosyal - demokrat partiyasının Fügt qanadı ilə mübarizədə bu baxışıi inhiraf adlandırırdı. Fügt qanadı, sosyalist dövlətin qabarıq səciyyəsini onun ideolojik olmasında bilirdi. Marks öləndən sonra, Engels özünün tanınmış əsəri « Anti Düring»i özəlliklə dövlətin ideolojik sanılmasının qarşısında yazmışdır. Onların ikisinin də fikrincə dövlət sinfi - siyasi kataqridir və ideolojik kataqori deyildir.